Az GƏC-in (keçmişAz. KC) prezidenti Səmyar Abdullayevin rəhbərliyi və vise-prezident Bəybala İbabullayevin səyi ilə 2006-ci ilin may ayının 19 - dan “Oxfam” beynalxalq humanitar təşkilatının dəstəyi ilə F.Yusifov - 40 saylı cəmiyyətin köhnə istehsalat binası təmir olunaraq ”Masajçı Peşə Reabilitasiya Məktəbi” yenidən fəaliyyətə başlamışdır.Məktəbdə dərs demək üçün altı nəfər peşəkar müəllim cəlb edilmişdir.Məktəbdə 55 tələbə təhsil almışdır.
Məktəbin gələcək fəaliyyətinin dövlət himayəsinə keçirilməsi nəzərdə tutulmuşdur.Məzunların öz təhsillərini başa vurduqdan sonra işlə təmin olunması barədə Səhiyyə Nazirliyi ilə danışıqlar aparılmış, onların vakant yerlərə işə bəbul olunması barədə razılıq əldə olunmuşdur. Nəticədə masay məktəbini bitirmiş məzunların böyük əksəriyyəti işlə təmin olunmuşdur.