Cəmiyyət gəlirlərini təkcə  üzvlərinə sərf etmirdi, təşkilat könüllü olaraq 60 – 80 illərdə öz gəlirlərindən Bakı Metropoliteninin, Respublika Göz Xəstəxanasının, sanatoriyaların, və s. inşasına külli miqdarda vəsait köçürmüşdür.Az. GƏC öz gəliri hesabına özü üçün inzibati binalar, istehsalat korpusları, gözdən əlillər üçün yataqxanalar, yaşayış evləri inşa edilmiş, Bakı şəhərinin Xırdalan, Əhmədli, Yeni Günəşli qəsəbələrində, mikrorayonlarında payçılıq yolu  ilə yüzlərlə mənzil alaraq  əlillərin istifadəsinə verilmişdir.

Bundan  başqa Quba , Qazax və digər bölgələrdə cəmiyyətin hesabına binalar tikilmişdir. Az. KC-i dövlət orqanlarına müraciət edərək öz hesabına gözdən əlillər üçün şəhərciyin inşa edilməsi üçün yer istədi. Bu məqsədlə  N.Nərimanov rayonunun Montin qəsəbəsində torpaq sahəsi ayrılaraq ”Korlar şəhərciyi”nin layihə smeta sənədləri tərtib olundu. Plana görə şəhərcikdə istehsalat korpusu, inzibati bina, yataqxana,uşaq bağçası və altı ədəd çoxmərtəbəli yaşayış binası tikilməli idi.

1959-ci ildə şəhərcikdə 108 yerlik subaylar üçün yataqxana istifadəyə verildi.1971-ci ildə Az. KC-nin və 2 saylıı TİM-in inzibati  binası istifadəyə verildi.