AZ. KC – nin kitabxanası 1980 – ci ildə yaradılmış, 01.01.94 - cü ildən Mədəniyyət Nazirliyinin tabeçiliyinə verilmişdir. 1994 – 2000 - ci illər ərzində kitabxana fondu dəyişməz olaraq qalmışdır. 2000-ci ildə kitabxana fondunin artırılması üçün Mədəniyyət Nazirliyi tərəfindən maliyyə vəsaiti ayrılmışdır.
2000-ci ildən başlayaraq Moskva şəhərinin “Loqos” səsyazma studiyası ilə kəsilmiş ələqələr bərpa edilmişdir. 2003-cü ildən başlayaraq korlar cəmiyyətinin nəzdində yaradılmış səsyazma studiyasında latın qrafikası ilə kitabların çap edilməsi və danışan kitabaların çap edilməsi üçün sifarişlər verilmiş və müqavilələr bağlanmışdır. 2000-ci ildən başlayaraq ümummilli liderimiz Heydər Əliyevin xüsusi sərəncamı əsasən latın qrafikası ilə çap olunmuş kitablar kitabxana fonduna pulsuz paylanmışdır. Bundan korlar kitabxanası da bəhrələnmişdir.