“Kor və zəif görən uşaqlar üçün orta internat məktəbi” 1936-cı ildə Sovetski adlanan (indiki N.Nərimanov prospekti) ərazisində yerləşən binaların birinin zirzəmisində fəaliyyətə başlamışdır.Bu məktəb Rusiyada defektologiyadan təhsil almış Qəni Məmmədovun təşəbbüsü ilə yaradılmışdır. Elmin və incəsənətin bir çox sahələrində nüfuz qazanmış görkəmli ziyalılar şair Kərim Faiq, İsrail Kərimov, Soltan Piriyev, Arif Zeynalov və s. bu məktəbin yetirmələridir. 1952-ci ildə İnternat Buzovna kəndinə köçürülmüşdür. Məktəbin ilk direktoru Qəni məmmədov , sonraƏbil Səfərov olmuşdur.O, 1936-61-ci illər məktəbə rəhbərlik etmişdir.Əbil Səfərovun səyi nəticəsində məktəbin tikintisi üçün Nərimanov rayonunda yer ayrılmış və üçmərtəbəli əsaslı məktəb binası tikilimişdir.Məktəbin Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərməsinə baxmayaraq Az. GƏC fəaliyyət göstərdiyi bütün dövrlərdə bu məktəbdən öz qayğısını əsirgəməmişdir.
Çox sevindirici haldır ki, bu gün məktəbin binası öz simasını tamamilə dəyişdirmişdir.Heydər Əliyev fondunun prezidenti, YUNESKO-nun və İSESKO – nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın ”Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı”çərçivəsində uğurla həyata keçirilən layihənin böyük mənəvi əhəmiyyəti vardır.Uzun müddət təmirə ehtiyacı olan məktəb öz görkəmini tamamilə dəyişib, təhsil ocağı yenidən qurulub, məktəbin həyətinə və ətrafına asfalt örtük çəkilib, istirahət güşəsi, milli qəhrəman Koroğlu Rəhimovun adını daşıyan bağ istifadəyə verilmişdir. Məktəbin ocaqxanası, camaşırxanası, yeməkxanası,sinif otaqları, akt zalı yenidən qurulmuşdur.Məktəb müasir tipli mebel,avadanlıqlarla təchiz olunmuş, yataq otaqlarında uşaqlar üçün yataq dəstləri,paltar dolabları yeni üslubda quraşdırılmışdır, yataq və sinif otaqları yüksək səviyyədə təmir olunmuş, qapı və pəncərələr dəyişdirilmiş ,plastik qapı-pəncərələrlə əvəz edilmişdir.Məktəbdə fizika, biologiya , kimya, riyaziyyat , müalicə və bədən tərbiyəsi kabinetləri yaradılmış, idman zalında müasir tələblərə cavab verəcək avadanlıqlar quraşdırılmış,kondensioner,soyuducu,televizor, video maqnitofon hədiyyə edilmişdir.
1936-cı ildən bu günədək “Kor və zəif görən uşaqlar üçün Respubkika orta internat məktəbinə” rəhbərlik etmiş şəxslər.
1.Məmmədov Qəni: 1936 – 1961 – ci illər
2. Ziyadlı Xurşud
3. Atakişiyev Atakişi
4. Məmmədov Əhməd
5. Bayramov Yusif : 1961 – 1976 -cı illər
6.Hüseynov Əlihüseyn
7.Xalıqov Rəhim: 1976 - 1977 - ci illər
8. Fərzəliyev Qəşəm: 1977 – 1981- ci illər
9.Vəliyev Şaiq: 1981 – 1988 - ci illər
10.İsmaylov Aslan: 1988 – 1996 – cı illər
11.Muradov Rasim: 1996 – 2000 – ci illər
12.Hüseynquliyev Namidar: 2000-ci ildən bu günədək
Gözdən əlllər üşün gecə məktəbi 1967 – ci ildə yaradılıb. Hal - hazırda gözdən əlillər üçün yaradılmış gecə məktəbində 150 nəfər şagird təhsil alır.
Hər il 25 məzun oranı bitirir. Məktəbdə VI - XII siniflər fəaliyyət göstərir. Dərslər həftədə 3 dəfə olmaqla, axşam saat 18 – dən başlanır.
Məktəbin direktoru Şahmirzə