Respublika Gözdən əlillər Kitabxanasının səsyazma studiyası  vardır. Kitablar Brayl əlifbası ilə audio və disklə yazılmışdır.Burada 20 nəfər çalışır ki, onlardan 80% gözdən əlillərdir. Kitabxananın ilk direktoru Əliyeva Səyyarə olmuş, hal-hazırda isə Şəhla Vəliyevadır. 2004 – 05 - ci illər ərzində kitabxana Mədəniyyət Nazirliyi tərəfindən yüksək səviyyədə  təmir edilmişdir.Kitabxananın xidməti  muasir tələblərə tam uyğundur. Kitabxana fondunda saxlanılan kitablar Brayl üsulu ilə çap dilmiş nəşrlər və “danışan kitablar”dan ibarətdir.1000 – dən çox gözdən əlil oxucu çətinlik çəkmədən Brayl üsulu ilə nəşr olunmuş kitabların, audio  formatda hazırlanmış kaset və disklərin köməyi ilə bədii – elmi əsərlərlə tanış olur.

1975-çi ildən  Az.KC-nin nəzdində səsyazma studiyası fəalyyətə başlamışdır.O zaman bədii kitablar, elmi əsərlər və sairə babin  və kompakt kasetlərə yazılaraq gözdən əlil oxuculara təqdim olunurdu.Bu kasetləri oxumaq üçün gözdən əlillərə pulsuz maqnitofonlar verilmişdir. 1990-cı illərin əvvəllərindən  bu studiya öz fəaliyyətini müəyyən səbəblərə görə dayandırmışdır. Studiya hal – hazırda yenidən fəaliyyətə başlamışdır.Onun maddi texniki bazasını təşkil edən bir sıra avadanlıqlar, o cümlədən, 4x4PRO Braille Embossining Unit və kabinəsi, Brayl kitab tikəni, kompüter dəsti, maqnitofonlar və s. cəmiyyətlə  birgə fəaliyyət göstərən tərəfdaş təşkilatların köməyi ilə alınaraq cəmiyyətin mülkiyyətinə verilmişdir.