Azərbaycan Gözdən Əlillər Cəmiyyəti - Az.GƏC 1931-ci ildə (Keşmiş Azərbaycan Korlar Cəmiyyəti) yaradılmısdır.
Onun əsas vəzifəsi Azərbaycan Respublikası ərazisində yaşayan gözdən əlilləri qeydiyyata almaq, onlarıın həyat şəraitinin yaxşılaşdırılmasına dair dövlət siyasətinin müəyyən edilməsində iştirak etmək, onların təhsil, səhiyyə, reabilitasiya, idman, mədəniyyət, istirahət, informasiya, məşğulluq, mənzil və s. problemlərinin həll olunmasına birbaşa və bilavasitə kömək göstərməkdən ibarət idi.
Respublikada statistik məlumatlara görə 35 min gözdən əlil yaşayır. Onlardan 5 mini gözdən əlillər cəmiyyətinin üzvüdür.
Az. GƏC - nin əsas məqsədi gözdən əlilləri öz ətrafında birləşdirib onlara hərtərəfli xidmət göstərmək üçün hüquq və mənafelərini müdafiə etmək, gözdən əlillər barədə dövlət siyasətinin müəyyən edilməsində və həyata keçirilməsində fəal iştirak etmək, sosial – reabilitasiya və cəmiyyətə inteqrasiya ilə məşğul olmaq, əmək, təhsil, tibb, peşə hazırlığı, idman və mədəni həyat tərzinə əlilləri cəlb etməklə sosial müdafiələrini və ictimai fəallıqlarını inkişaf etdirmək, habelə maddi məişət şəraitinin yaxşılaşdırılmasına kömək etməkdən ibarətdir.