2002 – ci ildən Azərbaycan Gözdən Əlillər Cəmiyyətinə Abdullayev Səmyar Abdulla oğlu rəhbərlik edir.
Abdullayev Səmyar Abdulla oğlu 1972 –ci il fevralın 14 – də Quba rayonunda anadan olmuşdur. Ali təhsillidir. Uzun müddət sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, ilk özəl nəqliyyat sektorunun yaradılmasında fəal iştirak etmişdir.
Yeni Azərbaycan “ partiyası N.Nərimanov təşkilatı siyasi şurasının üzvüdür. 30 avgust 2000 – ci il tarixdən Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin (Korlar Cəmiyyətinin) prezidenti vəzifəsinə seçilmişdir. Ailəlidir, iki övladı var.